Dünya

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Antalyada görüşüb

11 aprel / 15:27 1 dəq
67f8f1d96912567f8f1d969126174436808967f8f1d96912267f8f1d969124
11 aprel / 15:27
Burada sizin reklamınız ola bilər

Ermənistanla Türkiyə Ani körpüsünün bərpası məsələsini müzakirə edib.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç deyib.

O bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün olacağını təxmin edir: “Ruben Rubinyanla (Ermənistanın Türkiyə ilə əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi -red.) bir az əvvəl təmasımız oldu, amma hələ növbəti görüşün dəqiq tarixini razılaşdırmamışıq”.

Sərdar Kılıç Türkiyənin də Ermənistandan Konstitusiyasına dəyişiklik tələbinin olub-olmamasına aydınlıq gətirib: “Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Nikol Paşinyan da açıqlama verib. Bu çərçivədə lazımi dəyişiklikləri Ermənistan öz Konstitusiyasında edəcək”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı