Dünya

KİV: Makronun planları deşifrə olunur

5 aprel / 23:32 2 dəq
5da11802 d6c8 342a b065 2a80d1422c6e 850
5 aprel / 23:32
Burada sizin reklamınız ola bilər

Fransa Prezidenti Emmanuel Makronun bütün kəşfiyyat strukturu deşifrə olunur.

Qerbxeber.com “Haber Global”a istinadən məlumatına görə, bu barədə “Intelligence Online” nüfuzlu xəbər saytında dərc olunan məqalədə deyilir.

Qeyd olunub ki, “Qaranlıqlar şahzadəsi” kimi tanınan Aleksandr Benallanın da təmsil olunduğu kəşfiyyat qrupunun fokuslandığı əsas nöqtələr Balkanlar və Yaxın Şərqdir.

“Intelligence Online” Makronun getdikcə daha çox kəşfiyyat yönümlü xarici siyasət yürütməyə başladığını bildirir.

Məqalədə Makron, həmçinin ölkə tarixində kəşfiyyat strukturuna ən çox səlahiyyət verən prezident kimi xarakterizə edilib.

Hərbi ekspertlər bildirirlər ki, ölkəni faktiki olaraq agentlər idarə edir. Mənbələr Makronu hakimiyyətə gətirən və onun hakimiyyətdə qalmasını təmin edən qüvvələr arasında kəşfiyyat dairələrinin xüsusi rolunun olduğunu vurğulayır.

Məqalədə qeyd olunub ki, Makron hər il kəşfiyyata ayrılan büdcəni artırır. 2017-ci ilin büdcəsi 2,4 milyard avro olub. 2023-cü ildə isə 3,1 milyard avroya yüksəlib:

“Həmin vaxt, həmçinin kəşfiyyat orqanlarında çalışanların sayı 13 faiz artıb. Makron tərəfindən yaradılan Milli Kəşfiyyat və Terrorla Mübarizə Koordinasiya Bölməsi böyüməyə davam edir. Bölmənin rəhbər işçilərinin sayı 6-dan 30-a çatdırılıb. Yelisey sarayına yaxın mənbələr Makronun kəşfiyyat işçilərinə həftəlik xarici siyasət missiyası verdiklərini bildirir. Xidməti yazışmalarda adlar əvəzinə “P3” və ya “E3” kimi kodlardan istifadə olunur”.

Məqalədə Makronun Azərbaycana da kəşfiyyat qrupu göndərdiyi iddia olunub. Bildirilib ki, Azərbaycan öz növbəsində Fransaya qarşı çox uğurlu əks-kəşfiyyat aparır. Belə k, Paris indiyədək Bakıda öz planlarını həyata keçirə bilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər