Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qarapapaq–Çaylı avtomobil yolu yenidən qurulub

2 fevral / 15:30 2 dəq
F479e3a9 e01b 3218 a64e 8a087eccc3f9
2 fevral / 15:30
Burada sizin reklamınız ola bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun yenidənqurma işlərini yekunlaşdırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bilidirilir ki, layihə çərçivəsində yolun 16,6 kilometr uzunluğa malik Çaylı, həmçinin 2,4 kilometrlik Qarapapaq hissələrində torpaq əsaslı ərazidə deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülərək yeni yol yatağı inşa edilib. Daha sonra yeni yol əsası inşa edilib və laydan ibarət yeni asfalt-beton örtüyü salınıb.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü borular tikilib.

Sonda zəruri olan yerlərdə yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Xatırladaq ki, 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi təmin edən, uzunluğu 19 kilometr olan adıçəkilən avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni 6 metr təşkil edir, çiyinlərin eni isə müvafiq olaraq 2 metrdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı