Dünya

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb – VİDEO

16 may / 08:18 1 dəq
6644d53a9854a6644d53a9854b17157870666644d53a985486644d53a98549
16 may / 08:18
Burada sizin reklamınız ola bilər

Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb.

Qerbxeber.com APA istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso hökumət binasından çıxandan sonra əraziyə toplaşmış insanlara yaxınlaşıb.

Görüntüdən aydın olur ki, insanların arasından ona atəş açılır.

Atəş açan şəxs polis tərəfindən tutulub.

Slovakiya mediası onun məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu yazıb.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

Baş nazir Fitso ayaqlarından, qarın boşluğundan və sinəsindən yaralanıb. O, helikopterlə xəstəxanaya çatdırılıb.

Vəziyyətinin ağır olduğu bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər