Dünya

FED əsas faiz dərəcəsini artırıb

27 iyul / 08:52 2 dəq
8d6dd274 c7c3 3df4 b0b7 fd50fd39a19a
27 iyul / 08:52
Burada sizin reklamınız ola bilər

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə FED məlumat yayıb.

“Komitə (Açıq Bazar Komitəsi, FOMC – red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, – məlumatda deyilib.

Eyni zamanda tənzimləyici qeyd edib ki, bu, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir:

“İnflyasiyanın 2 %-ə qaytarılması üçün məqsədəuyğun ola biləcək pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin miqyasını müəyyən edərkən komitə pul siyasətinin ümumi sərtləşdirilməsini, onun iqtisadi aktivliyə və inflyasiyaya təsir etdiyi gecikmələri, iqtisadi və maliyyə şərtlərini diqqətə alacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər