QHT Xəbər

“She, Changemaker” layihəsi başa çatıb

9 dekabr / 13:47 2 dəq
WhatsApp Image 2019 12 09 at 12.56.12 PM
9 dekabr / 13:47
Burada sizin reklamınız ola bilər

Bərdədə həyata keçirilən “She, Changemaker” başa çatıb.

Dekabrın 8-də Bərdə şəhərində qız uşaqlarının təhsil almasının əhəmiyyəti, gender bərabərliyi və erkən evliliyin fəsadları mövzularını əhatə edən “Savadlı QADIN, Savadlı Gələcək” təlimi keçirilib.

Layihə rəhbəri Ülviyyə Babayevanın verdiyi məlumata görə, “She, Changemaker” layihəsinin əsas məqsədi cəmiyyəti qadın hüquqları, erkən nigahların fəsadları və məişət zorakılığının aradan qaldırılmasına istiqamətlənən addımlar”la bağlı məlumatlandırmaqdır. Layihə çərçivəsində Bərdənin 5 ucqar kənd orta məktəblərində  (Xəsili, Xanərəb, Lənbəran, Məmmədli və Nazırlı məktəbləri) şagirdlər, müəllimlər və valideynlərlə görüşlər keçirilib. Görüşlərdə “Qız uşaqlarının təhsil almasının əhəmiyyəti” barədə söhbətlər aparılıb, müzakirələr edilib. Daha sonra, həmin məktəblərdən 3 nəfər olmaqla, qızlar seçilib və Bərdə şəhərində baş tutan “Savadlı QADIN, Savadlı Gələcək” təliminə cəlb olunub.

Təlimin yekununda iştirakçılar sertifikatlarla təmin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər