Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. “Ford” markalı mikroavtobusla “Opel” markalı minik maşını toqquşub.
Nəticədə 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.