Dünya

Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumu oldu

2 mart / 16:07 1 dəq
2 mart / 16:07
Burada sizin reklamınız ola bilər

Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumundan sonra partlayış olub.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından xəbər verilib.

Bildirilir ki, partlayışla əlaqədar iki yaşayış binasına ciddi ziyan dəyib.

“Binalardan 100-ə yaxın sakin təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur”, – deyə mənbələrdən vurğulanıb.

Bəzi məlumatlara görə, hücumun hədəfi Sankt-Peterburqun şimal-şərqindəki Ruçyi neft anbarı olub. Pilotsuz uçuş aparatının düşdüyü yerlə həmin məntəqə arasında bir kilometrdən az məsafə olub.

Paylaş
Burada sizin reklamınız ola bilər