Dünya

TV “Rustavi 2”: Gürcüstanın keçmiş Baş naziri Almanyada yaşayış izni alıb

1 sentyabr / 10:27 2 dəq
Qaxariya
1 sentyabr / 10:27
Burada sizin reklamınız ola bilər

Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya Almaniyada yaşayış icazəsi alıb.

Qerbxeber.com Teleqraf-a istinadən  bu barədə yerli “Rustavi 2” telekanalı məlumat yayıb.

“Gürcüstan naminə” partiyası məlumatı nə təkzib, nə də təsdiq edib. Bildirilib ki, G.Qaxariya Avropa İttifaqında işgüzar səfərdədir, onun siyasi fəaliyyətini harada davam etdirəcəyi və Gürcüstana qayıdıb-qayıtmayacağı yaxın vaxtlarda məlum olacaq.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Tengiz Şarmanaşvili deyib ki, G.Qaxariyanın Almaniyada yaşayış izni alması onun hər zaman əməllərinə görə məsuliyyətdən qaçdığını bir daha təsdiqləyir.

Qeyd edək ki, Gürcüstanın sabiq hökumət başçısı artıq bir neçə aydır ölkə xaricindədir. O, ölkəni müxalif siyasətçilərin həbsi fonunda tərk edib.

Xatırladaq ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub.

Paylaş
Burada sizin reklamınız ola bilər