Ermənistanla dialoqu davam etdirəcəyik.
“Qərb Xəbər” məlumat verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına həm Rusiya, həm də Azərbaycan dəstək verir.
“Cənubi Qafqazda sülh və sabitlik üçün birlikdə çalışmağa davam etməliyik”, – Türkiyə XİN başçısı vurğulayıb.