Ağstafa

Ağstafada 24 yaşlı oğlan benzin tökərək özünü yandırıb

6 noyabr / 09:35 1 dəq
654871481fb5e654871481fb5f169924640877f6fbc8c0c5d14903a795ef189f13ec
6 noyabr / 09:35
Burada sizin reklamınız ola bilər

Ağstafa sakini yanıq xəsarətləri alıb.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Şahin Namazov bədəninin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal gənc oğlana yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Şahin Namazov üzərinə benzin tökərək özünü yandırıb. Onun hansı səbəbdən özünü yandırması məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər