Müəllimlərin işə qəbulunun vaxtı açıqlandı
“1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub”.
Qerbxeber.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında açıqlayıb.
O vurğulayıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə sosial həssas kateqoriyalara aid şəxslər və bir sıra iştirakçılar üçün ödəniş tələbi tətbiq edilmir.





