Qərb Xəbər TV

Ağsu Qızları İKT-də

3 noyabr / 09:55 2 dəq
IMG
3 noyabr / 09:55
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi” çərçivəsində qalib olan “Ağsu Qızları IKT-də ” layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə “Qərb Xəbər” ə layihənin eksperti  Xəyalə Nadir məlumat verib. Açılış mərasimi Ağsu rayon 3 nömrəli tam orta məktəbində baş tutub.

Açılış mərasimində layihə rəhbəri Gülarə Əhmədova , layihə eksperti Xəyalə Nadir, məktəb  direktoru Leyla Rüstəmzadə, məktəb müəllimləri və layihə iştirakçıları iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Gülarə Əhmədova və layihə experti Xəyalə Nadir layihənin məqsədi haqqında ətraflı məlumat verib. Layihənin məqsədləri qızları informasiya kommunikasiya texnologiyaları haqqında məlumatlandırmaq, qızların İKT bacarıqlarını inkişaf etdirmək, qızların internetdən səmərəli istifadəsini öyrətmək, kənd qızlarının sosiallaşdırılması, aktivləşdirilməsi və cəmiyyətə inteqrasiyasını təmin etmək və qızlarda özünüdərk, özünəinam və şəxsi inkişaflarına nail olmaqdır. Layihə 2023- ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlayıb.Daha sonra çıxış edən qonaqlar layihənin gedişatına uğurlar arzulayıb.

İ.Babayeva

IMG_8539IMG_8574IMG_8594IMG_8570

Paylaş
Burada sizin reklamınız ola bilər