Bölgə xəbərləri

Qazaxda məktəbli qız itgin düşüb

3 noyabr / 10:35 1 dəq
Indir 2023 11 03T103428.686
3 noyabr / 10:35
Burada sizin reklamınız ola bilər

Qazaxda məktəbli, Gəncədə gənc qız itkin düşüb.

“Qərb Xəbər” məlumat verir ki, 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Samirə Eyyubova müraciət edərək qızı 2007-ci il təvəllüdlü Nurcan Eyyubovanın noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhəri, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin yeddinci sinif şagirdi olan Gülxanım Hüseynova Vüqar qızı noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

R.Carçılı

Paylaş
Burada sizin reklamınız ola bilər