Dünya

İsrail ordusunu Qəzzaya yerləşdirir

25 may / 14:46 1 dəq
Indir 2025 05 25t144545.405
25 may / 14:46
Burada sizin reklamınız ola bilər

İsrail ordusu bütün nizami piyada və zirehli briqadalarını Qəzza zolağına yerləşdirib.

Qerbxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, hazırda Qəzzada Givati, Qolani, Kfir, Nahal briqadalarının bölmələri, paraşütçülər, komandolar, 7-ci, 188-ci və 401-ci zirehli briqadaların qoşunları, həmçinin müəyyən sayda ehtiyatda olan hərbçilər var.

“The Times of Israel” qeyd edir ki, bu qüvvələr sektorda hərbi əməliyyatların daha da intensivləşdirilməsinə hazırlıq fonunda cəmlənir.

Paylaş
Burada sizin reklamınız ola bilər