Tovuz rayonunda fəaliyyət göstərən Ayan Palace hotelində 4 nəfərin karantində saxlanıldığı bildirilir.
“Qərb Xəbər” saytının əldə etdiyi məlumata görə, koronavirusa yoluxma şübhəsi ilə karantinə alınan 4 nəfərdən ikisi Tovuz şəhər, ikisi Xatınlı vəYanıqlı kəndlərinin sakinləridir.
Qeyd edək ki, COVID-19 (koronavirus) pandemiyasının geniş yayılmasının qarşısını almaq üçün bütün ölkə üzrə elan olunmuş karantin rejimindən sonra koronavirus şübhəsi ilə müraciət edən şəxslər hotellərdə saxlanılır.