Bölgə xəbərləri

Şəmkirdə arvadını güllələyən şəxsin məhkəməsi başlayır

27 oktyabr / 12:55 2 dəq
Indir 2023 10 27T125313.751
27 oktyabr / 12:55
Burada sizin reklamınız ola bilər

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.

Şəmkir rayon prokurorluğundan “Qərb Xəbər”ə verilən məlumata görə, Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhd edilməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İ.Babayeva

 

 

Paylaş
Burada sizin reklamınız ola bilər