Dünya

İsraildəki səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib

12 oktyabr / 08:45 1 dəq
7150d48b 4d30 3da0 987b 26df71cc49d6
12 oktyabr / 08:45
Burada sizin reklamınız ola bilər

Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib.

“Qərb Xəbər” səfirliyin “X” səhifəsinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik”.

Qeyd edək ki, İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub. Həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1 200-ü keçib, 2 500-ə yaxını yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər