Elm və Texnologiya

“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik

26 avqust / 13:02 1 dəq
Indir 2023 08 26T130138.814
26 avqust / 13:02
Burada sizin reklamınız ola bilər

“WhatsApp” istifadəçiləri bundan sonra videoları yüksək keyfiyyətlə göndərə biləcəklər.

“Qərb Xəbər” xəbər verir ki, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Bildirilir ki, əvvəllər mesencerdə videolar avtomatik olaraq 480p təsvir ölçüsünə sıxılırdı, yəni təsvirin keyfiyyəti azalırdı. Yeni funksiya ilə istifadəçilər video yükləməzdən əvvəl standart və yüksək keyfiyyət arasında seçim edə biləcəklər.

Əgər siz “HD Quality” funksiyasından istifadə etsəniz, video 720p ölçüsündə göndəriləcək. Bu, 1080p və ya 4K-dan aşağı olmasına baxmayaraq, lakin görüntü keyfiyyəti daha məqbul olacaq.

Qeyd edək ki, yeniləmələr tətbiqin “Android” və “iOS” cihazları üçün ən son versiyasında mövcuddur.

Paylaş
Burada sizin reklamınız ola bilər