Ağstafa

Ağstafada Energetika naziri vətəndaşları qəbul edəcək

5 may / 13:28 2 dəq
Indir 2025 05 05t132758.097
5 may / 13:28
Burada sizin reklamınız ola bilər

Energetika naziri Pərviz Şahbazov mayın 16-da Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qerbxeber.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0500, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs: Elşad Rzayev: əlaqə telefonu: (077) 677-24-89, elektron poçt ünvanı: office.tovuz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı