Bölgə xəbərləri

Şəmkirdə minik maşını hasara çırpılıb, xəsarət alan var

11 yanvar / 12:13 1 dəq
63be6ef88fd3363be6ef88fd34167342463229d1a80bd542f80a6a6789a453415e69
11 yanvar / 12:13
Burada sizin reklamınız ola bilər

Şəmkirdə yol qəzası baş verib.

“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, hadisə rayonun Sərxan yaşayış massivində qeydə alınıb. İdarəetmənin itməsi nəticəsində avtomobil yoldan çıxaraq yol kənarındakı qəbiristanlığın hasarına çırpılıb.

 

Qəza zamanı sürücü, 1975-ci il təvəllüdlü Kəmalə Çündü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər