“Krımın azad olunması üçün quru əməliyyatlarına başlayacağıq”.
“Qərb Xəbər“ xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
O bildirib ki, yarımadanın Rusiya işğalından azad edilməsi uzaqda deyil: “Biz ərazilərimizi geri qaytaracağıq”.
Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.
Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, müharibə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, o cümlədən Krımın azad edilməsi ilə başa çatmalıdır.