Gədəbəydə 56 yaşlı kişi ot biçən zaman ölüb
Gədəbəydə bədbəxt hadisə baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
1967-ci il təvəllüdlü Tofiq Quliyevin ot biçən zaman qəfl halı pisləşib
O, hadisə yerində ölüb.
İlkin məlumata görə, 56 yaşlı T.Quliyev ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı