Bölgə xəbərləri

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

30 iyun / 08:59 1 dəq
53c810ae f71b 3134 977a 23f8eb69cf59
30 iyun / 08:59
Burada sizin reklamınız ola bilər

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

“Qərb Xəbər”in məlumatına görə, 29 iyunda Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər