Dünya

Türkiyənin turizm bölgəsində meşə yanğını başlayıb

30 iyun / 08:55 1 dəq
Db924344 e591 39ce 8d38 96bb5d2a7eb4
30 iyun / 08:55
Burada sizin reklamınız ola bilər

Türkiyənin Muğla vilayətinin Datça rayonunda meşə yanğını başlayıb.

“Qərb Xəbər” xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.

Yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər