Kateqoriyasız

Sabahdan Azərbaycanda bir həftəlik bayram tətili başlayır

25 iyun / 11:11 1 dəq
Təqvim
25 iyun / 11:11
Burada sizin reklamınız ola bilər

Sabahdan, iyunun 26-dan Azərbaycanda bir həftəlik bayram tətili başlayır.

“Qərb Xəbər” xəbər verir ki, Qurban bayramı və Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq tətil günləri 26 iyun- 2 iyul tarixlərini əhatə edir.

Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı