Sosial

Daha bir neçə ailə Laçın şəhərinə köçürülüb

19 iyun / 08:22 1 dəq
Indir 2023 06 19T082150.512
19 iyun / 08:22
Burada sizin reklamınız ola bilər

Daha bir neçə ailə Laçın şəhərinə köçürülüb.

“Qərb Xəbər” xəbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər