Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ermənilər niyə bu tarixdə təxribata əl atdı? – Maraqlı nüans

17 iyun / 12:13 3 dəq
2b2ec80b cc70 47c8 8730 de8f4c52ca2c 900x506
17 iyun / 12:13
Burada sizin reklamınız ola bilər

Şuşa Bəyənnaməsinin imzalanmasından 2 il ötür. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanan bəyannamə özündə iki ölkənin müttəfiqlik münasibətlərini ehtiva edir.

Müharibədən sonra gərgin və sərhədboyu aktiv keçən bu iki ildə Türkiyə Ermənistanla davam edən danışıqlarda daim Azərbaycana ciddi siyasi dəstəyini ifadə edib. Azərbaycan Ordusunun inkişafı, iki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımdan bu bəyannamə xüsusi əhəmiyyətə malikdir.

Bəs bu sənəd iki ildə Azərbaycana nə verdi? Bəyannamənin ikinci ilinin tamamında təxribatların törədilməsi təsadüfidirmi?

“Qərb Xəbər” bildirir ki. mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Samir Hümbətov Şuşa Bəyannaməsinin Azərbaycan üçün əhəmiyyətini dəyərləndirib:

“Bu bəyannamə Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsi, o cümlədən, hər iki ölkənin Türk Dünyasına açılışı baxımından xüsusi əhəmiyyətə malikdir. Doğrudur, bundan öncə də Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıqla bağlı 1994-cü il 9 fevralda, 2010-cu il 16 avqustda bənzər müqavilələr imzalanıb. Amma onlar Şuşa Bəyannaməsi qədər vacib əhəmiyyətə malik və genişmiqyaslı deyildilər. Bu, həm də peşəkar ordu sisteminə keçidi özündə ehtiva etdi. Müqavilənin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra imzalanması da xüsusi diqqət çəkir.

Bu müqaviləyə əsasən Azərbaycana qarşı hər hansı təhdid Türkiyəyə qarşı edilmiş kimi dəyərləndirilir. Türkiyə müdafiə sənayesi, demək olar ki, Azərbaycanın müdafiə sənayesi kimi iç-içə formalaşmağa başladı. Bu isə kifayət qədər vacib məsələdir”.

“Hesab edirəm ki, məhz Şuşa Bəyannaməsinin ikinci ilinin tamam olduğu gün təxribatların baş verməsi bir mesaj idi. Yəni separatçılar bu bəyannaməyə rəğmən təxribata davam edəcəklərini göstərirmiş ola bilərlər. Amma Azərbaycanın onlara verdiyi cavab və iki erməni snayperin zərərsizləşdirilməsi xüsusilə önəmlidir. Azərbaycanın istənilən təxribatın qarşısının qəti şəkildə alınacağı ilə bağlı mesajı isə aydın idi”, – politoloq bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı