Ağstafa

Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

16 iyun / 08:36 1 dəq
Car crash qəza
16 iyun / 08:36
Burada sizin reklamınız ola bilər

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov “VAZ” markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər