Bölgə xəbərləri

Türkiyədə nazirlər postunu təhvil verdi

5 iyun / 13:37 2 dəq
2023 06 05 12 19 58eJCWGiUzJg7nyUVLNW3l file (1)
5 iyun / 13:37
Burada sizin reklamınız ola bilər
Türkiyədə prezdient seçkilərindən spnra dövlət idarəçilyində bir sıra dəyişikliklər edilib.
 Türkiyə prezident köməkçisi Fuat Oktay vəzifəsini Cevdet Yılmaza təhvil verib.
Yeni köməkçi Cevdet Yılmaz tədbirdə çıxış edib:
“Türkiyənin İkinci Əsrini bir şahlanma dönəmi halına gətirəcəyik. Yeni layihələr, yeni fikirlər irəli sürərək ilərləyəcəyik”.
Tədbirdə keçmiş prezident köməkçisi Fuat Oktay da danışıb:
“Şərəflə yerinə yetirdiyim vəzifəmi cənab Cevdet Yılmaza təhvil verirəm. Biz ölkəmizə və dünyamıza təsir edəcək böyük sınaqlardan keçdik. Qlobal problemlərin üzərinə zəlzələ fəlakəti də gəldi. Hamısından başımız dik çıxdıq. Ayasofyanın açılışından tutmuş müdafiə sənayesinə və Togg-a kimi meqa layihələrin bir parçası olmaq imkanı verən prezidentimizə göstərdikləri etimada görə təşəkkürümü bildirirəm. Əminəm ki, cənab Cevdet Yılmaz zirvəni daha da yüksəldəcək. İnanıram ki, bundan sonra daha yaxşı işlər görüləcək”.
Bununla yanaşı, Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyində də təhvil-təslim prosesi başlayıb.
Derya Yanık, Ailə və Sosial Xidmətlər Naziri vəzifəsini 28-ci dövr kabinet üzvü Mahinur Özdemir Göktaşa təhvil verib.
Həmçinin, Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.
M.Çavuşoğlu fəaliyyətini millət vəkili olaraq davam etdirəcək.
Nəqliyyat və İnfrastruktur Nazirliyində də təhvil-təslim mərasimi başlayıb.
Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu vəzifəsini Abdülkadir Uraloğluna təhvil verib.
Paylaş
Burada sizin reklamınız ola bilər