Dünya

BMT-nin baş katibi taxıl sazişinin uzadılmasını əlamətdar hadisə adlandırıb

18 may / 08:55 1 dəq
2c143105 49ad 363c a938 8bf099cb7869
18 may / 08:55
Burada sizin reklamınız ola bilər

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın taxıl sazişinin müddətinin uzadılmasını alqışlayıb və bunu mühüm hadisə adlandırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Müsbət irəliləyişlər var. Rusiya Qara dəniz təşəbbüsündə iştirakın daha 60 gün uzadılmasını təsdiqləyib. Mən bu qərarı alqışlayıram. Taxıl müqaviləsinin uzadılması dünya üçün yaxşı xəbərdir”, – Quterreş deyib.

Quterreş, həmçinin Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi daha 2 ay uzadılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər