Dünya

Hulusi Akar: “Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafı vacibdir”

12 may / 08:48 2 dəq
26a5118e 2b74 3ffb a508 78eb9f6567c2
12 may / 08:48
Burada sizin reklamınız ola bilər

“Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı vacibdir”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Anadolu Qartalı – 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə deyib.

Nazir çıxışında birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.

Hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərin təcrübə qazanması üçün çox vacib olduğunu, hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Hər iki nazir təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıq və bacarıq nümayiş etdirildiyini, həmçinin qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirildiyini yüksək qiymətləndirərək iştirakçılara hərbi xidmətlərində daha böyük uğurlar arzulayıblar.

Paylaş
Burada sizin reklamınız ola bilər