Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Tələbələrin Dövlət Statistika Komitəsində təcrübəsi başa çatıb

3 iyun / 16:11 2 dəq
Azmiu imtahan 030619
3 iyun / 16:11
Burada sizin reklamınız ola bilər

“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin III kurs tələbələrinin aprelin 8-dən etibarən muxtar respublikanın Dövlət Statistika Komitəsində keçirilən təcrübəsi başa çatıb.

Təcrübədə iştirak edən tələbələrə universitetdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək üçün Dövlət Statistika Komitəsində hərtərəfli şərait yaradılıb.

Dərslər komitənin təcrübəli mütəxəssisləri tərəfindən təsdiq olunmuş proqram əsasında keçirilib.

Tələbələrə komitənin fəaliyyəti, statistika sahəsində həyata keçirilən dövlət siyasəti, muxtar respublikanın sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinə dair statistik məlumatların hazırlanması prosesi təcrübi olaraq göstərilib. Təsərrüfat subyektlərindən ilkin məlumatların alınması məqsədilə hazırlanmış rəsmi statistika hesabat formaları haqqında tələbələrə geniş məlumat verilib, hesabatların qəbulu və ümumiləşdirilərək yekunlarının əldə olunması prosesi əyani şəkildə izah edilib, suallar cavablandırılıb.

Dövlət Statistika Komitəsinin rəsmi internet saytı (www.statistika.nmr.az) ilə də maraqlanan tələbələrə məlumat verilib ki, geniş məlumat bazasına malik saytda təsərrüfat subyektləri tərəfindən onlayn rejimdə müəyyən olunmuş dövrlər ərzində qəbul edilmiş hesabatların ümumiləşdirilmiş yekunları daim yenilənir. Bu da, öz növbəsində, istifadəçilərin daha rahat və operativ məlumat əldə etmələrinə imkan yaradır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı