Tramp: Azərbaycan və Ermənistan danışıqları uğurla nəticələnəcək
Ehtimal etmək olar ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar uğurla nəticələnəcək.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə görüşdə deyib.
Prezident Tramp, problemin tezliklə həll olunacağını bildirib.





