Dünya

İmran Xanın həbs qərarı etirazlara səbəb olub

10 may / 12:11 1 dəq
3464a655ce45b91d9b087d5a910f7050
10 may / 12:11
Burada sizin reklamınız ola bilər

Pakistanın müxalifət fəalları ölkənin böyük şəhərlərində keçmiş baş nazir İmran Xanın həbsi ilə bağlı etiraz aksiyalarına başlayıblar.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı partiyanın mətbuat xidməti məlumat yayıb.

Nümayişlər İslamabad, Pişəvər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və ölkənin digər yerlərində keçirilir.

Məlumat üçün bildirək ki, Pakistanın keçmiş Baş naziri İmran Xan həbs edilib. Onun həbs olunmasının səbəbi hələ açıqlanmayıb. Lakin martın 18-də İslamabadda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə İmran Xanın kortejini müşayiət edən DZS tərəfdarları arasında baş verən toqquşmadan sonra ona terrorizm ittihamı irəli sürülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər