ABŞ, Cənubi Koreya və Yaponiya raketdən müdafiə təlimlərinə başlayıb
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi ölkəsi, ABŞ və Yaponiyanın da iştirak etdiyi üçtərəfli raketdən müdafiə təliminin başladığını elan edib.
“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Yonhap agentliyi məlumat verib.
Təlimlərdə üç gəmi – Cənubi Koreya donanmasının ROKS Yulgok Yi I esminesi, ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Benfold esminesi və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin JS Ataqo gəmisi iştirak edir. Onların hamısında Aegis raketdən müdafiə sistemləri var.




