Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər”in əldə etdiyi məlumata görə, rayon sakini – 1972-ci il təvəllüdlü Laləzər Əliyevanı yolu keçmək istəyən zaman avtomobil vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.