Şəmkir sakini qohumuna tüfənglə atəş açıb
Şəmkirdə qohumlar arasında mübahisə yaranıb, onlardan biri digərinə ov tüfəngi ilə atəş açıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Qərb Xəbər”in verdiyi məlumata görə, noyabr ayının 24-də Şəmkir rayonu, Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, o, heç bir xəsarət almayıb.
Hadisə yerindən yayınan N.Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı