Bölgə xəbərləri

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başlayıb – Video

30 mart / 12:58 1 dəq
C28c98a9 49f6 3ebc 9b5a ec22b64644d3
30 mart / 12:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər