Dünya

Rusiya son sutkada Xersonu 67 dəfə atəşə tutub, 2 nəfər ölüb, 6 nəfər yaralanıb

25 mart / 11:15 1 dəq
4880ac3e a6b0 3361 bd77 048ddec18c59
25 mart / 11:15
Burada sizin reklamınız ola bilər

Rusiya ordusu son sutkada Ukraynanın Xerson vilayətini 67 dəfə atəşə tutub.

“Qərb Xəbər” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Xerson Hərbi Administrasiyanın rəhbəri Aleksandr Prokudin bildirib.

Onun sözlərinə görə, düşmən son 24 saatda ağır artilleriyadan ümumilikdə 301 mərmi atıb: “23 mərmi yaşayış məntəqələrinə, fərdi və çoxmənzilli binalara, tibb müəssisəsinə düşüb. Təəssüf ki, itkilərimiz var. 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb”.

Hərbi administrasiya rəhbərinin sözlərinə görə, həmçinin Xersona 7 hücum cəhdi olub.

O bildirib ki, son sutkada 59 mülki şəxs Xersondan təxliyə edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər