Ötən il Şəmkirdə 301 min 978 ton tərəvəz istehsal olunub
2022-ci ildə Şəmkirdəki istixanalarda 301 min 978 ton tərəvəz məhsulu istehsal olunub. Bunun da böyük hissəsi pomidorun payına düşür.
“Qərb Xəbər” bildirir ki, respublikanın ən böyük istixanalarının yerləşdiyi Şəmkir rayonunda 2022-ci ildə 158 min 167 ton pomidor, 27 min 231 ton xiyar istehsal olunub.
Hazırda isə 723 hektar təsərrüfatlarda pomidor və xiyar məhsulu yetişdirilir.
Hava şəraitinə uyğun olaraq istixanalarda və açıq sahələrdə də fermerlər tərəfindən tərəvəz məhsullarının əkilməsi planlaşdırılır.
Qeyd edək ki, rayonda yetişdirilən kənd təsərrüfatı məhsulları həm daxili, həm də xarici bazarlara çıxarılır.





