Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Bakının tələbi: 3 gün sonra Xankəndidə nə olacaq?

20 fevral / 13:14 2 dəq
Xankendi yenii
20 fevral / 13:14
Burada sizin reklamınız ola bilər

Xankəndidəki separatçı-terrorçu rejimin “rəhbəri” Araik Arutyunyan fevralın 23-də müraciət edəcəyini açıqlayıb.

Baş separatçının müraciətinin qondarma rejimin daxilində yaşanan siyasi intriqalarla bağlı olacağı gözlənilir.

Proseslər qondarma “dövlət naziri” Ruben Vardanyanın uzaqlaşdırılması ətrafında cərəyan edir. Araik istəsə də, Ruben getməməkdə israrlıdır.

Ermənistan mediası isə fevralın 23-də Vardanyanın qondarma “dövlət naziri” vəzifəsindən çıxarılacağını yazır. Gözləniləndir ki, Araik müraciətində bunu elan edəcək.

“İravunk” nəşri mənbələrə istinadən bildirir ki, fevralın 23-də Vardanyanla bağlı qərar veriləcək, o, “vəzifəsindən” uzaqlaşdırılacaq.

“Lakin Vardanyan Qarabağı tərk etmək istəmir və orada yaşamağa davam edəcək”, – nəşr yazır.

Qeyd edək ki, Vardanyanı Qarabağa gətirən Rusiya erməni əhalisinin rəsmi Bakı ilə təmaslarında ondan istifadə etmək niyyətindədir. Lakin bu plandan məlumatlı olan Azərbaycan birmənalı şəkildə bundan imtina edir. Prezident İlham Əliyev Münhendə çıxışı zamanı da bəyan etdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır.

“Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs – Vardanyan bizim ərazimizi tərk etsin”, – İlham Əliyev qəti mövqe sərgilədi.

Vardanyanın “vurulması”nda əsas həlledici amilin Bakının tələbi olduğuna dair fikirlər var. Ermənilər hesab edir ki, bu tələb icra edilməsə, Bakının təzyiqləri güclənə bilər.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı