Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İnstitutun baş direktoru Azərbaycan dilinə əcnəbi söz gətirənləri tənqid edib

20 fevral / 12:46 2 dəq
139466 lr0x2gg2v0
20 fevral / 12:46
Burada sizin reklamınız ola bilər

“Hər kəs öz səviyyəsinə uyğun, gözləmədiyin halda lazım olmayan sözləri dilimizə gətirir”.

“Qərb Xəbər” bildirir ki, bunu “Report”a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli deyib.

O bildirib ki, mütəmadi olaraq dilimizə əcnəbi və yad sözlər keçir: “Biz bunun əleyhinə deyilik. Dilimizə yeni sözlərin keçməsi inteqrasiyadır və bu, bizim dünya mədəniyyəti ilə əlaqəmizin nəticəsidir. Bunsuz keçinmək mümkün deyil. Amma qorxulu tərəfi odur ki, dilimizdə ifadə edəcəyimiz söz mövcud olduğu halda onun qarşılığını əcnəbi dildən gətiririk. Bununla mübarizə xüsusilə publisistikanın və mətbuatın üzərinə düşür. Çalışmalıyıq ki, dilimizdə olan sözləri tapaq”.

Professor əlavə edib ki, dialektlər Azərbaycan ədəbi dili üçün hər zaman baza rolunu oynayır: “Əgər sözün qarşılığı dialektimizdə yoxdursa, başqa türkdilli xalqlardan götürmək olar. Orada da yoxdursa, əcnəbi sözlərdən götürmək olar. Bəzi insanlar deyir ki, dilimizdə alınma sözlər işlənməsin. Biz onun əleyhinəyik. Alınma sözlə əcnəbi söz ayrı məsələlərdir. Bu gün alınma sözlər dilə ehtiyacdan gələnlərdir. Məsələn, kompüter sözünü nə ilə əvəz edə bilərdik. Bütün dünyanın işlətdiyini biz də işlədirik”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı