Sosial

Sabahın hava şəraiti açıqlanıb

1 iyun / 13:37 1 dəq
Ee5b3c69 3330 4fa4 b78a 17c235975845
1 iyun / 13:37
Burada sizin reklamınız ola bilər

Azərbaycanda iyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər