Ötən il ölkədə 60 mindən çox ölüm qeydə alınıb
Ötən il ölkədə 60810 ölüm halı qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən xəbər verib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6-ya qədər azalıb.
Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.





