Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İran zəlzələdən çirkin siyasəti üçün istifadə etdi – Ekspert

9 fevral / 11:06 4 dəq
Xoy zelzele
9 fevral / 11:06
Burada sizin reklamınız ola bilər

Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu. Hakimiyyət öz sakinlərini başsız buraxdı. Lakin Suriyada 6 fevralda baş verən zəlzələ fəlakətinə səssiz qalmadı. Qısa vaxt ərzində yardıma qaçdı.

“Qərb Xəbər” bildirir ki, bu sözləri Axar.az-a İran məsələləri üzrə tanınmış ekspert Mehdi Nəimi deyib.

Xoy sakinlərinin zəlzələdən sonra soyuq hava şəraitində çöldə qaldığına diqqət çəkən ekspert fövqalədə vəziyyətdə insanların ilk olaraq hökumətə göz dikdiyini vurğulayıb:

“Xoy sakinlərinin rəsmi qurumlardan yardıma dair gözləntiləri vardı, lakin onların ümidi özünü doğrulatmadı. Tehran rejimi bu məsələni həll etmək üçün yetərincə səy göstərmədi. Nə özü kömək etdi, nə də qardaş ölkələrin yardımını qəbul etdi. Zəlzələdən qısa vaxt keçməmiş Azərbaycan və Türkiyə yardım təklifi etsə də, Tehran rejimi təklifi geri çevirdi. Türkiyə İrana görə daha müasir imkanlara malikdir. Ona görə də İran rəqib ölkənin üstünlüklərinin nəzərə çarpmasından ehtiyat edirdi. Türkiyə Xoy əhalisinə yüksək səviyyədə yardım etsəydi, Xoy sakinlərinin onlara qarşı rəğbəti arta bilərdi. Quzey Azərbaycanın da yardıma gəlməsi eyni cür nəticələnəcəkdi. Bu da Güney və Quzey əlaqələrini daha da sıxlaşdıracaqdı. İran da bundan qorxduğu üçün yardıma izn vermədi”.

Türkiyənin Tehran rejimindən fərqli olaraq İranın köməyini qəbul etməsinə toxunan ekspert qardaş ölkənin insan faciəsi üzərindən siyasət yürütmədiyini vurğulayıb:

“Xoya yardım məsələsində bu qədər sıxıntı çəkən və ya özünü elə göstərən İran Suriyaya yardım edir. Hansı ki, aralarındakı məsafə çox da yaxın deyil, qonşu sayılmazlar. Zəlzələ baş verəndən dərhal sonra həmin ölkəyə köməyə qaçdılar. Doğrudur, yardım etmək yaxşı addımdır. Amma əvvəlcə gərək öz vətəndaşlarının dərdinə şərik olasan. İranın addımlarını analiz edəndə, görürsən ki, zəlzələdən də siyasi məqsədləri üçün istifadə edir. Suriya məsələsində İran və Türkiyə uzun illərdir ciddi şəkildə anlaşa bilmir. Suriyaya sahiblənmək uğrunda yarış gedir. İran isə öz xalqını əzmək bahasına bu savaşda uduzmaq istəmir”.

Mehdi Nəimi İranın Xoy zəlzələsindən siyasi məqsədlərinə çatmaq və Rusiyaya dost münasibətini göstərmək üçün yararlandığını bildirib:

“İran rəsmiləri və media qurumları Rusiyadan Xoy zəlzələsinə kömək məqsədi ilə yardım gələcəyini xüsusi vurğulayır. Rusiyanın Ermənistan yolu ilə Xoya yardım göndərəcəyini deyirdilər. Hansı ki, bu yardım Azərbaycan Respublikası və ya Gürcüstan sərhədlərindən də keçə bilərdi. Sadəcə, Tehran Rusiya-Ermənistan-İran müttəfiqliyini qabardaraq insan faciəsi üzərindən çirkin oyunlarını oynayır. Əslində, belə bir yardımın gəlib-gəlmədiyi bəlli də deyil”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı