Gədəbəy rayonunun Qaradağ kəndində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına və bitişik yığılan 10 ton ot bağlamasının 5 tonu yanıb.
“Qərb Xəbər” Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;