Bölgə xəbərləri

Sülhməramlılar monitorinq qrupuna yenə şərait yaratmadı

16 dekabr / 13:46 1 dəq
639c3afa9637b639c3afa9637c1671183098639c3afa96379639c3afa9637a
16 dekabr / 13:46
Burada sizin reklamınız ola bilər

İqtisadiyyat Nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Bu barədə, Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazi kompleks monitorinq işləri həyata keçirilməlidir.

Paylaş
Burada sizin reklamınız ola bilər