Xəbər

Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir

1 fevral / 09:19 1 dəq
63d9e8d50e7a463d9e8d50e7a5167522530063d9e8d50e7a263d9e8d50e7a3
1 fevral / 09:19
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhəri.ezam olunan müxbiri xəbər verir ki, aksiya gecəboyu səhərə qədər davam edib.

 

İştirakçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 52-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -3 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər