Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Qazaxda saz və söz sənətinə dair beynəlxalq konfrans

24 may / 14:24 3 dəq
F74195 efacbb9e5bef49dc9cf64079311a4a30 mv2
24 may / 14:24
Burada sizin reklamınız ola bilər

Qazaxda Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

“Qərb Xəbər” bildirir, Ədəbiyyat Muzeyində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, qonaqlar və ictimaiyyət nümayəndələri, Qazax və Kəlbəcər aşıqları, ziyalılar, ağsaqqallar iştirak etmişlər.

Tədbir iştirakçıları Ədəbiyyat Muzeyinin foyesində Aşıq Şəmşirlə Xalq şairi Səməd Vurğunun fotolarından, kitablarından ibarət guşəyə, həmçinin Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı rəsm sərgisinə baxmışlar.

Konfransda AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu İmanov, Əməkdar jurnalist Adil Cəmil, BDU Qazax filialının direktoru Arif Rüstəmov, “Qazax” Xeyriyyə İctimai Birliyi idarə heyətinin sədri İlham Pirməmmədov, Kırşehir Ahi Evran Üniversitetinin professoru, doktor Kubilay Kolukırık, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”, “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin professoru doktor Mahmud Kamaloğlu, “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Erzincan Binali Yıldırım Universitetinin professoru doktor Ali Kafkasyalı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, işığına yığışdıqları saz-söz ustalarının qüdrətindən danışmış, yaradıcılığından nümunələr gətirmişlər.

Sonda “Səməd Vurğun və Aşıq Şəmşir dostluğu sazın-sözün vəhdətində” adlı şeir və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı